Nuridə Fərzəliyeva: “Təcili yardım briqadaları əhalinin sayına uyğun təşkil olunur”

Nuridə Fərzəliyeva: “Təcili yardım briqadaları əhalinin sayına uyğun təşkil olunur”
# 01 iyul 2021 15:22 (UTC +04:00)

“Təcili yardım briqadaları əhalinin sayına uyğun təşkil olunur”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva "Günvurma" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, yay aylarında çağırışda bəzi gecikmələr olur: “Bu da şəhər əhalisinin Bakı kəndlərində yerləşməsi nəticəsində orada əhalinin çoxalması ilə əlaqədardır. Həmçinin hər gün minlərlə insan çimərliyə gedir. Həmin insanlardan da müraciət olduğundan gecikmə hallarına rast gəlinir”.

N. Fərzəliyeva deyib ki, yay mövsümündə bağ evlərindəki çağırışlara diqqət etməyə çalışılır: “Həmişə olduğu kimi müraciətləri çeşidləməklə çağıırışları yerinə yetirməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR