Ombudsman Aparatı ana və körpəsinin ölümünə münasibət bildirib

Aytən Niftəliyeva

© APA | Aytən Niftəliyeva

# 02 sentyabr 2021 15:19 (UTC +04:00)

"Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk".

APA xəbər verir ki, bu barədə Ombudsman Aparatının məlumatında yer alıb.

Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR