Operativ Qərargah: Bir neçə restoran xaricdən müğənnilər dəvət edərək xüsusi karantin rejiminin qaydalarını pozub

Operativ Qərargah: Bir neçə restoran xaricdən müğənnilər dəvət edərək xüsusi karantin rejiminin qaydalarını pozub
# 08 iyun 2021 12:30 (UTC +04:00)

Son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar.

Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR