Ötən il imtahanda iştirak edən abituriyentlərin 55 faizə yaxını universitetlərə qəbul olmayıb

Ötən il imtahanda iştirak edən abituriyentlərin 55 faizə yaxını universitetlərə qəbul olmayıb
# 23 iyun 2021 15:47 (UTC +04:00)

Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin və müsabiqədə iştirak edən subbakalavrların ümumilikdə 43.96%-i (abituriyentlərin 45.12%-i, subbakalavrların 35.71%-i) ali təhsil müəssisələrinə qəbul olub.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, qəbul olanların 49.61%-i dövlət sifarişi əsasında (96.20%-i abituriyentlər, 3.80%-i subbakalavrlar), o cümlədən, 47.37%-i dövlət (97.06%-i abituriyentlər, 2.94%-i subbakalavrlar), 2.24%-i özəl (77.88%-i abituriyentlər, 22.12%-i subbakalavrlar) ali təhsil müəssisələrində, 50.39%-i isə ödənişli təhsil forması üzrə (79.13%-i abituriyentlər, 20.87%-i subbakalavrlar), o cümlədən, 39.03%-i dövlət (82.24%-i abituriyentlər, 17.76%-i subbakalavrlar), 11.36%-i özəl (68.42%-i abituriyentlər, 31.58%-i subbakalavrlar) ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Beləliklə, imtahanda iştirak edən abituriyentlərin 54.88%-i (44487 nəfər) ali təhsil müəssisələrinə qəbul olmayıb. Təqdim edilən rəqəmlər qəbul prosesində həm rəqabəti, həm istəkləri təmin edilməyənlərin sayının nə qədər çox olduğunu, həm də qəbul prosesinin kütləviliyini, ağır və məsuliyyətli iş olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR