Pakistanlı bloger: "Azərbaycanın mədəni irsi qədim, insanları qonaqpərvər və mehribandır"

Pakistanlı bloger: "Azərbaycanın mədəni irsi qədim, insanları qonaqpərvər və mehribandır"
# 29 may 2021 11:56 (UTC +04:00)

“2017-ci ildə Bakıda səfərdə olmuşdum. Yenidən Bakıdayam, Azərbaycan gözəl ölkədir, qədim mədəni irsiniz var, insanlarınız çox qonaqpərvər və mehribandır. Onlar həqiqətən möhtəşəmdir. Mən regionlara səfərim, xüsusilə də azad olunmuş torpaqlara getmək üçün çox həyəcanlıyam”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında pakistanlı jurnalist-bloger Muhammed Şahabuddin Maxdum deyib.

O bildirib ki, səfər için verilən bu imkan əladır: “Çünki bu, bizə həm insanları tanımaq, həm də mədəniyyəti öyrənmək imkanı verir. Qobustan isə həqiqətən möhtəşəmdir, bura tarixdir, mədəni irsdir və bu tarixin kökləri min illər əvvəllərə gedir. Biz bu tarix vasitəsilə insanların min illər öncə necə yaşadığını öyrənirik. Düşünürəm ki, bura səfər etmək əla təcrübədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR