Pandemiya ilə əlaqədar buğda təchizatçılarına subsidiya veriləcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 13 sentyabr 2021 19:23 (UTC +04:00)

Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün hesablanan faizlərə subsidiya veriləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti burunla bağlı “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarda müvafiq dəyişikliklər edib.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə veriləcək.

Nazirlət Kabinetinin müvafiq qərarla bağlı izahında bildirilir ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlərə 12 ay müddətində hesablanmış faizlər üzrə subsidiya verilir.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.

Həmin muddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə daha 12 ay uzadılaraq 24 ay müəyyən edilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR