Qil Karbonye: “2020-ci ildə münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkirik”

Qil Karbonye

© APA | Qil Karbonye

# 23 oktyabr 2021 10:25 (UTC +04:00)

"BQXK-nın münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək səlahiyyəti var".

Bunu APA-ya müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye deyib.

O bildirib ki, belə başcəkmələr zamanı BQXK saxlanılan şəxslərlə rəftarı və onların saxlanma şəraitini qiymətləndirir və ailə əlaqələrini təmin etmək üçün şərait yaradır: “Hazırda, BQXK nümayəndələri müntəzəm surətdə, Azərbaycan tərəfinin haqqında BQXK-ya məlumat verdiyi 2020-ci ildə münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkirlər. Bu şəxslərlə təkbətək görüşlər olur və onlara Qızıl Xaç məktubları, video mesajlar və ya telefon zəngləri vasitəsilə öz ailələri ilə əlaqə yaratmaq imkanı verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR