Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - <span class="red_color">VİDEO
# 21 iyun 2021 13:09 (UTC +04:00)

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR