“Samur” postunda Rusiyaya gedən yük maşınlarının növbəsi yaranıb - VİDEO

“Samur” postunda Rusiyaya gedən yük maşınlarının növbəsi yaranıb - VİDEO
# 19 oktyabr 2021 14:44 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 1000-dən çox maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir.

“Samur” gömrük postundan APA-nın yerli bürosuna bildirilib ki, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.

Qeyd olunub ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Azərbaycan tərəfdən bu sayı artırmaq mümkündür. İki gündür Rusiya tərəfi də ölkəyə keçən maşınların sayını artırıb.

“Bu gedişlə davam edərsə 3-4 gün ərzində sıxlıq araqdan qaldırılacaq”, - deyə gömrük postundan əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR