Şəhid övladları Şuşada "Xudayar təsnifi"ni oxuyub - VİDEO

Xudayar Yusifzadə

© APA | Xudayar Yusifzadə

# 24 sentyabr 2021 17:07 (UTC +04:00)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

APA-nın məlumatına görə, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR