Şəmkir və Tovuzda “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda tədbirlər keçirilib

Şəmkir və Tovuzda “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda tədbirlər

© APA | Şəmkir və Tovuzda “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda tədbirlər

# 05 avqust 2021 14:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir meşəbəyliyinin 1 saylı meşə dolayında və Tovuz rayonu, Qalaboyun kəndinə yaxın meşə ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Şəmkir və Tovuz Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR