Sentyabrın 1-dən toya gedən hər kəsdən COVİD pasportu tələb olunacaq

Sentyabrın 1-dən toya gedən hər kəsdən COVİD pasportu tələb olunacaq
# 28 avqust 2021 13:14 (UTC +04:00)

Şənlik mərasimləri ilə bağlı qaydalara dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən dəyişikliyə Nazirlər Kabinetindən verilən izahda qeyd edilib.

Bildirilib ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

Yəni, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR