Siyəzəndə maşın aşıb, ölən var

Siyəzəndə maşın aşıb, ölən var
# 08 iyun 2021 09:19 (UTC +04:00)

Siyəzən rayonunda ölümlə nəticələnən yo-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumatına görə, qəza Siyəzən-Beşdam kənd yolunda qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı maşın qarşısına çıxan maneədən yayınmaq istəyərkən idarəetməni itirib. Aşan avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR