Sosial Xidmətlər Agentliyi: Sanatoriya-kurort putyovkaları yalnız işləməyən şəhid ailəsi üzvü və müharibə əlillərinə verilir 

Sosial Xidmətlər Agentliyi: Sanatoriya-kurort putyovkaları yalnız işləməyən şəhid ailəsi üzvü və müharibə əlillərinə verilir 
# 29 iyul 2021 15:43 (UTC +04:00)

“Sosial Xidmətlər Agentliyi tərzindən ötən il sanatoriya-kurort putyovkalarının verilməsi pandemiya səbəbindən dayandırılmışdı. Bu ildən sanatoriya-kurort putyovkalarının yenidən verilməsinə başlanılıb”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sanatoriyalarla bağlı müsabiqə olub: “Daha sonra müsabiqə qalibləri ilə müqavilə imzalanıb. Müqavilə pandemiya tələblərinə əməl edilmə ilə bağlıdır. Naxçıvanda 3 sanatoriyaya vətəndaşlar göndərilir, artıq birinci qrup göndərilib. Eyni zamanda, vətəndaşlar Naftalanda sanatoriyaya göndərilir. Qeyd edək ki, Agentlik tərəfindən sanatoriya-kurort putyovkaları yalnız işləməyən şəhid ailəsi üzvü və müharibə əlillərinə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR