Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq

Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq
# 22 iyun 2021 15:27 (UTC +04:00)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Şuşa “Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyəti sədrinin müavinlərini İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR