Tanınmış idman ustası Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib - VİDEO

Tanınmış idman ustası Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib - VİDEO
# 03 sentyabr 2021 00:34 (UTC +04:00)

Tanınmış idman ustası, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat verib.

A.İbrahimov bir müddət əvvəl COVID-19-a yoluxub və “Yeni Klinika”da müalicə alırmış. Onun elə həmin tibb müəssisəsində vəfat etdiyi bildirilir.

Qey edək ki, A.İbrahimov sərbəst güləş üzrə dünya çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR