TƏBİB sədri: ““Türkovac”ın üçüncü klinik tədqiqatları uğurlu olsa, Azərbaycan o vaksini əldə edəcək" - VİDEO - YENİLƏNİB

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı

© APA | TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı

# 02 iyul 2021 13:08 (UTC +04:00)

“Türkiyənin “Türkovac” vaksininin Azərbaycanda 3-cü faza tədqiqatı həyata keçiriləcək”.

Bu barədə APA-ya TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev həmin layihəyə rəhbərlik edir. Bu araşdırmalar Türkiyə tərəfi ilə birgə aparılır: “Ölkədə “Türkovac”ın üçüncü klinik faza tədqiqatları həyata keçiriləcək. Bu tədqiqatlar uğurlu olsa, həm qardaş ölkə olduğuna görə, həm də üçüncü faza tədqiqatları apardığına görə ölkəmiz həmin vaksinləri daha rahat əldə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR