Təhsil naziri: "Son 3 ildə 27 197 nəfər MİQ müsabiqəsi vasitəsilə ilə işə qəbul olub"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 04 avqust 2021 17:20 (UTC +04:00)

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) əsas məqsədi təhsilverənlərin məktəblərdə vakant yerlərə müəllim seçimidir".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, son 3 ildə 27 197 nəfər bu müsabiqə vasitəsilə ilə işə qəbul olub. "Hər il 8000-9000 müəllim işlə təmin olunur. Bu il 60 mindən çox şəxs müəllim olmaq üçün MİQ müsabiqəsinə müraciət edib. Bu il imtahan mərhləsində 46 930 nəfər iştirak edib ki, onlardan 22 faizi, yəni 10 259 nəfəri hazırda dövlət müəssisələrində müəllim kimi işləyənlərdir".

Nazir deyib ki, bu müsabiqədə iştirak edənlərin hamısı işsiz şəxslər deyil: "Bu il ilkin vakansiyaların sayı 7 718 nəfərdir. Əvəvlki illərdə də oxşar rəqəmlər olub: 7000-8000 arası. İlkin vakansiya odur ki, il ərzində müxtəlif yerlərdə vakansiyalar yarananda da işə qəbul MİQ-in imtahan nəticələri əsasında aparılır. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR