Tələbə kreditinin qaytarılmasında kimlərə möhlətin veriləcəyi məlum olub

İdris İsayev

© APA | İdris İsayev

# 25 noyabr 2021 12:49 (UTC +04:00)

“Təhsil tələbə krediti uzunmüddətlidir. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır”.

APA-nın məlumatına görə, bunu təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, təhsil dövründən sonra iki illik möhlət verilir ki, həmin tələbə əmək bazarına keçid etsin. Bəzi hallarda təhsil tələbə kreditinin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.

Bunlar aşağıdakılardır:

-Yuxarı təhsil səviyyəsində əyani təhsil

- həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması),

- işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti”.

Kreditin sığortalanan halları təhsil krediti götürən tələbənin ölümü və əmək qabiliyyətinin tam, yaxud qismən itirilməsi zamanı olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR