Teymur Musayev: ""Türkovac"ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsinə dair sənədlərə tez bir zamanda baxılacaq"

Teymur Musayev: ""Türkovac"ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsinə dair sənədlərə tez bir zamanda baxılacaq"
# 16 noyabr 2021 14:19 (UTC +04:00)

Türkiyə Respublikasının diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər.

Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.

Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR