Təyyar Eyvazov: "COVID-ə qarşı peyvəndin hamilə qadınlara və uşaqlara vurulması məsələsi araşdırılacaq"

Baş infeksionist Təyyar Eyvazov

© APA | Baş infeksionist Təyyar Eyvazov

# 03 iyun 2021 15:21 (UTC +04:00)

“Qaydalara görə, inaktiv vaksin hamilə qadınlara vurula bilər, sadəcə bununla bağlı araşdırma aparılmadığına görə istehsalçı tərəfindən tövsiyə olunmayıb”.

APA-nın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov "Yay aylarında COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, kifayət qədər insan vaksin olunduqdan sonra araşdırmalar aparılacaq: “Bundan sonra müəyyən peyvəndlərin hamilə qadınlara və 18 yaşdan aşağı olanlara vurulması müəyyənləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR