TKTA sədri Azərbaycandan attestatla Türkiyə, Ukrayna və Gürcüstan universitetlərinə qəbula münasibət bildirib

Eldar Orucov

© APA | Eldar Orucov

# 17 sentyabr 2021 14:33 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov hər il Azərbaycandan attestat vasitəsilə Türkiyə, Ukrayna və Gürcüstan universitetlərinə qəbulla bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, o deyib ki, hər bir ali təhsil müəssisəsinin hansı bilik və bacarıqla tələbə qəbul etməsi öz hüququdur: "Ali təhsil müəssisəsi akkreditasiyalıdırsa və bizim tələb etdiyimiz təhsil formatından asılı olaraq, vətəndaşın davamiyyəti varsa, biz onun təhsilini tanıyırıq. Mütləq şərt ali təhsil müəssisəsinin akkreditasiyasının olmasıdır. Hansı yolla daxil olmaq bizim üçün prinsipial məsələ deyil. Məqsəd tələbənin oxuyub, bilik, bacarığının əsasında diplom almasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR