Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır

Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır
# 08 noyabr 2021 11:47 (UTC +04:00)

Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 mln. manat (36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR