ÜST: İmmun sistemi aşağı olanların koronavirus peyvəndini vurdurması vacibdir

Hande Harmancı

© APA | Hande Harmancı

# 12 oktyabr 2021 16:16 (UTC +04:00)

“İmmun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir. Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib.

O bildirib ki, bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub: “Bununla bağlı araşdırmalar davam edir. ÜST olaraq faktlara baxırıq. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir. Virusu daha yaxından tanıdıqca faktlara dayanan tövsiyələr verə bilirik. Təəssüflər olsun ki, pandemiya davam edir. Yaxşı olan odur ki, daha çox şey bilirik. Yeni layihələr var, amma yeni tövsiyələr yoxdur. Çünki əvvəlki tövsiyələr işə yarayır. Virusu birbaşa müalicə edən dərman tapılarsa, hər halda çox yaxşı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR