Xidmət rəisinin müavini: "Amnistiya Aktı ilə bağlı 20-yə yaxın şəxsin işi prokurorluğa təqdim edilib"

Amnistika Aktının icrası ilə bağlı tədbir

© APA | Amnistika Aktının icrası ilə bağlı tədbir

# 11 noyabr 2021 12:05 (UTC +04:00)

"Amnistiya Aktının icrası zamanı elə məhkumlar var ki, cəza müddətləri azaldılacaq, elələləri var ki, cəzadan azad ediləcəklər. 4 ay müddətində tərəfimizdən Amnistiya Aktının icrası üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək".

APA xəbər verir ki, bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masada Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib.

M. Hümbətov bildirib ki, elə maddələr var ki, onlarla bağlı məhkum olunanlarla bağlı məhkəmələr tərəfindən müəyyən məlumatlar təqdim olunmalıdır: “Bu və digər bənzər maddələr üzrə məhkum olunanlar barədə araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR