“YAŞAT” Fondu daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib

“YAŞAT” Fondu daha 4 qazini Türkiyəyə göndərib

© APA | “YAŞAT” Fondu daha 4 qazini Türkiyəyə göndərib

# 12 oktyabr 2021 13:10 (UTC +04:00)

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonndan APA-ya verilən məlumata görə, Ələkbərov Seymur Eyvaz oğlu, Mikayılov Ruzigar Namiq oğlu, Məmmədli Qiyas Rizvan oğlu və İbrahimov Samurat Nuru oğlunun müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən eyni zamanda, həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 140 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 96-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR