Yevlaxda bir neçə qovaq ağacı aşaraq kəndlilərin işini çətinləşdirib - FOTO

Yevlaxda bir neçə qovaq ağacı aşaraq kəndlilərin işini çətinləşdirib - FOTO
# 02 oktyabr 2021 21:32 (UTC +04:00)

Yevlaxda kökündən qopan qovaq ağacları kəndli təsərrüfatlarına gedən yolu kəsib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkşəm kəndinə aparan magistral yolla üzbəüz istiqamətdə qeydə alınıb.

Son günlər müşahidə edilən qeyri-sabit hava şəraiti qeyd olunan ərazidə qocaman qovaq ağaclarının gövdəsindən qoparaq aşmasına səbəb olub. Ağaclardan biri kəndli təsərrüfatına aparan yola düşərək yolu bağlayıb və yerli sakinlərə, eləcə də nəqliyyatın hərəkərinə əngəl yaradıb.

Digəri ağac isə aşaraq ətrafındakı başqa ağacların üzərinə düşüb. Aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib və küləyin fəsadlarının aradan qaldırılmasına başlanılıb.

Qeyd edək ki, hadisə baş verən ərazidə təhlükə yaradan bir sıra irigövdəli ağaclar da var. Onların təhlükə yaratma dərəcəsi yerli ekoloqlar tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR