BŞTİ: 3-5 faiz məktəbdə I sinfə qəbul zamanı vətəndaşın daimi qeydiyyatda olması tələb olunur

BŞTİ: 3-5 faiz məktəbdə I sinfə qəbul zamanı vətəndaşın daimi qeydiyyatda olması tələb olunur
# 26 aprel 2021 15:19 (UTC +04:00)

“Alternativ qeydiyyat mərkəzləri və “Whatsapp” nömrələri vətəndaşlara qeydiyyat prosesində kömək etmək üçündür”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, məktəb, müəllim seçimi və digər məsələlərlə bağlı valideynin sualı olarsa, mektebeqebul.edu.gov.az saytında yaradılan əlaqə bölməsinə yaza bilərlər, 3 gün ərzində bu müraciətlər operativ cavablandırılacaq.

N. Ağayev eyni zamanda qeyd edib ki, məktəbə qəbul prosesində vətəndaşın daimi qeydiyyatda olmaq məsələsi Bakıda 3-5 faiz məktəbdə tələb olunur, 90 faizdən yuxarı məktəbdə belə problem yoxdur, onlar sadəcə sistemdə qeydiyyatdan keçməklə məktəbə qəbul ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR