Sumqayıtda şəhid Elvin Novruzovun adına xatirə bulağının açılış mərasimi keçirilib - FOTO

Sumqayıtda şəhid Elvin Novruzovun adına xatirə bulağının açılış mərasimi keçirilib - FOTO
# 03 may 2021 16:00 (UTC +04:00)

Sumqayıtda şəhidin adına xatirə bulağı açılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 18-ci mikrorayonunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Novruzovun doğum günündə adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.

Açılış mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə E. Novruzovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Elvin Novruzov 2001-ci il mayın 3-də Sumqayıt şəhərində anadan olub. Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılıb. Xidmətə Ağcabədidə başlayıb, manqa komandiri olub.

2020-cil sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda gedən savaşda qəhrəmanlıq göstərib. Oktyabrın 23-də Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR