TN: Şagirdlərin sinifdən sinfə keçməsi qaydasında ibtidai sinifdə saxlanılma yoxdur

TN: Şagirdlərin sinifdən sinfə keçməsi qaydasında ibtidai sinifdə saxlanılma yoxdur
# 20 aprel 2021 12:58 (UTC +04:00)

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2020-2021-ci tədris ilində I sinfə qəbul olunan və müəyyən dövrlərdə tədrisə qoşula bilməyən şagirdin yenidən I sinifdə oxuyub-oxuya bilməməsi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, o qeyd edib ki, şagirdlərin sinifdən sinfə keçməsi qaydasında ibtidai sinifdə saxlanılma yoxdur: “Ona görə də ibtidai sinifdə şagird sinifdə saxlanılmır. Yalnız uzunmüddətli xəstəlik səbəbindən olduqda bunun üçün sənəd təqdim olunmalıdır. Bu sənəd də araşdırılır, doğrudan da səhiyyə orqanı tərəfindən təsdiq edilmiş xəstəlik varsa, həmin şagirdin evdə təhsilə cəlb olunmasına baxıla bilər”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR