Yaşı 8-dən yuxarı uşaqların fərdi təhsilə müraciət etmək tarixləri açıqlanıb

Yaşı 8-dən yuxarı uşaqların fərdi təhsilə müraciət etmək tarixləri açıqlanıb
# 27 aprel 2021 11:34 (UTC +04:00)

Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyulun 1-dən sentyabrın 10-dək iş günləri müddətində valideynin və uşağın şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlə şəhər (rayon) təhsil idarələrində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR