Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

peyvənd, 9 may

© APA | peyvənd, 9 may

# 09 may 2021 16:36 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 625 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681 719 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR