Birinci sinfə şagird qəbulu üzrə elektron portal bayram günlərində işləməyəcək

mektebeqebul.edu.az

© APA | mektebeqebul.edu.az

# 08 may 2021 12:47 (UTC +04:00)

Bayram günləri ərzində birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) fəaliyyət göstərməyəcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək bağlı olacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR