Dövlət Yanğın Nəzarəti Xidməti: Ötən il meşələrdə 4 yanğın olub

Dövlət Yanğın Nəzarəti Xidməti: Ötən il meşələrdə 4 yanğın olub
# 18 may 2021 16:40 (UTC +04:00)

“Əgər 2019-cu ildə meşələrdə və meşə talalarında 11 yanğın hadisəsi baş vermişdirsə, ötən il bu rəqəm 4 olub”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib. O bildirib ki, bu, müsbət dinamikanın olması, yanğın hadisələrinin son illərdə azalması deməkdir: “Yanğın hadisələri Beyləqan, Ağsu, Qəbələ və Şirvan ərazilərindəki meşələrdə qeydə alınıb. Çalışırıq ki, yanğın hadisələrinin sayı minimuma endirilsin. Vətəndaşlarımız yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə yanğın hadisələrinin sayının azalmasına töhfə vermiş olarlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR