Emin Əmrullayev: "Rus bölməsində ibtidai sinif müəllimləri çatışmır"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 08 may 2021 17:07 (UTC +04:00)

“Şagird sıxlığı daha çox rus bölməsində olur”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, 20 şagirdin olması ideal sayılır, amma bəzən sinifdə 40 və daha artıq şagird olur: “Bakı məktəblərində yer problemi yoxdur, sadəcə valideynlər uşağının konkret məktəbin konkret müəlliminin sinfində oxumağını istədikdə, israr etdikdə şagird sayı artır. Rus bölməsində eyni zamanda ibtidai sinif müəllimləri ilə bağlı kadr çatışmazlığı da var, müəllimlərin işə qəbulunda ən çox axtarılan müəllimlər sırasında məhz həmin müəllimlər də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR