I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 16 may 2021 09:32 (UTC +04:00)

Birinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR