Vado Karovin: “Maşın” şousunda yetərincə səs toplasaydım, Elməddini çıxarardım”

Vado Karovin: “Maşın” şousunda yetərincə səs toplasaydım, Elməddini çıxarardım”
# 23 may 2007 13:37 (UTC +04:00)
“Murad Arif kimi cavanları mən tanımıram. Murad Arif başqa şouda bir alət kimi istifadə olunur. Mən başqalarının təkidi ilə Murad Arifin əli ilə çıxarıldım. O hələ bilmir ki, “Maşın” realiti-şousunda onu nələr gözləyir”. Bu açıqlamanı APA-ya “Maşın” şousundan Murad Arif tərəfindən uzaqlaşdırılmış keçmiş “Bakılı oğlanlar” komandasının üzvü Vado Karovin verib. Onun sözlərinə görə, əvvəlcə şouda ancaq aktyorların çıxış edəcəyi deyilsə də, sonradan belə olmayıb: “Bundan əvvəlki “Maşın” şounun iştirakçılarının əksəriyyəti müğənnilərdən ibarət idi. Bu dəfə aktyorlar olmalıdı idi, ancaq sonra qarmaqarışıqlıq oldu və şou sırf aktyorlardan təşkil edilmədi”. Əvvəllər şouda qruplaşmanın olmadığını deyən V. Karovin dünəndən etibarən iştirakçılar arasında qruplaşmanın yaranmağa başladığını da iddia edib: “Şoudakılar elə bilir ki, Murad Dadaşov maşını mənə vermək üçün şouya çağırıb. Ancaq onlara deyirəm ki, “Bakılı oğlanlar” komandasında heç kim göydən düşməyib”. V. Karovin səs toplayacağı təqdirdə şoudan uzaqlaşdırmaq istədiyi iştirakçının adını da açıqlayıb: “Əgər mənim şəklim atılsaydı və yetərincə səs toplaya bilsəydim, Elməddini çıxardacağdım. Çox şit oğlandı, yəqin şit yeməklər çox yeyir. Ancaq maşını Tünzalə Əliyevanın udmasını istəyərdim”. Bir neçə gün əvvəl “Maşın” şoudan Tünzalə Əliyeva tərəfindən uzaqlaşdırlan xalq artisti Rəfael Dadaşov isə şounun bu dəfəki tərkibindən narazı qalıb: “Orada görmək istəmədiyim insanlar var idi. Şouda ikiüzlülük gördüm, ancaq adları açıqlamayacağam. Növbəti dəfə belə bir şouya dəvət olunsam, əvvəlcə iştirakçıların tərkibinə baxacağam. Sənətdə uzun yol keçmiş və reytinqli insanlarla bir şouda iştirak edərdim”. Şouya Murad Dadaşovun xahişi ilə qatıldığını vurğulayan xalq artisti Tünzalə Əliyevanın onu sifarişlə çıxardığını da söyləyib: “Bu, onun öz seçimi deyil. Ona deyilmişdi ki, məni çıxartsın. Toppuşla mənim səviyyəm eyni deyil axı...Tünzalə o qədər qanacaqsız deyil ki, birdən-birə məni seçsin. Şəxsən mən sevinirəm ki, oradan heç kimi çıxarmadım. Mən nə böyüyə, nə kiçiyə toxunmadım. Maşın Xəyyama qismət olsa, lap yaxşı olar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR