Tolik: “Aygün Kazımova karate oynayıb, motasiklet sürüb, çimərlik paltarında efirə çıxmağı bacardı”

Tolik: “Aygün Kazımova karate oynayıb, motasiklet sürüb, çimərlik paltarında efirə çıxmağı bacardı”
# 08 avqust 2007 13:13 (UTC +04:00)
“Aygün Kazımova “Sənə qurban” mahnısını da mənə həsr edib”

“Aygün Kazımovanın Tofiq Bəhramov adına Respublika Stadionundakı solo konserti ilə bağlı bütün ideyalar mənə məxsus idi. Aygün Kazımova mənə minnətdarlıq etsin ki, onun sənətində heç vaxt görmədiyi konsert təşkil etmişəm. Aygün Kazımova “Sənə qurban” mahnısını da mənə həsr edib”. APA-nın məlumatına görə, bunu Röya və Aygün Kazımovanın keçmiş prodüsseri Tolik bu gün keçirdiyi mətbuat konfransında deyib. A. Kazımovanın konsert biletlərini tamaşaçılara paylandığını iddia edən Tolik bunu öz gözləri ilə gördüyünü deyib: “Bütün köşklərə 10-10 biletlər paylayırdılar ki, orada tamaşaçı olsun. Onun heç pərəstişkarı yox imiş”. A.Kazımovanın onun sponsorların konsertə ayırdıqları vəsaiti mənimsəməsi ilə bağlı söylədiklərinin də yalan olduğunu deyən Tolik müğənni tərəfindən məhkəməyə verilmədiyini söyləyib: “Guya mən onun 30 min dollarını yemişəm. 30 min dollar hardaydı? Onun konsertinə sponsorları cəmi 22 500 dollar xərcləyiblər. Əgər məhkəməyə veribsə, məhkəmənin sənədləri hanı? O, yalan danışır”.
Aygün Kazımovanın özünü Azərbaycan estradasının “ilk şou-ledi”si adlandırmasına münasibət bildirən Tolik bu titulun Zeynəb Xanlarovaya məxsus olduğunu deyib: “Azərbaycan səhnəsəində ifa ilə yanaşı rəqs edən müğənni Zeynəb Xanlarova olub. Aygün Kazımova isə səhnədə karate oynadı, motasiklet sürdü, çimərlik paltarında efirə çıxdı. O, yalnız bunu bacardı”.
Mətbuat konfransında Röya ilə münasibətlərinə də aydınlıq gətirən Tolik Röya ilə dost olduqlarını vurğulayıb. Amma o, Röyanın Türkiyədə çox uzağa gedə bilməyəcəyini, Sərdar Ortacla müqaviləsinin isə əhəmiyyətsiz olduğunu deyib:
“Röya Rəşid Behbudovun nə zaman yaşadığı illəri bilmir, o ki qaldı Azərbaycan sənəti barədə elmi biliyi olsun. Türkiyə şou-biznesinə beləsi lazım deyil. Gərək Röya bu müqaviləni imzalamaışdan əvvəl savadını artırardı. Röya özündən sonra Natəvan və Elnarəni gördüyünü deyir, mən də deyirəm ki, o hələ elə səviyyədə deyil ki, özündən sonra kimisə görə bilsin.
Bundan sonra “W trio”-nun üzvü olmuş Səidə Sultanın prodüsseri olacağını deyən Tolik “Səidənin Nətavan, İradə kimi problemləri yoxdur ki, ucalmasın. İradə İbrahimova ora-bura pul xərcləməklə ekranlara çıxır. Bu da olur ki, o şou-biznesdədir. Mən Səidəni ulduz edəcəyəm. Lazım olsa, onun ucalması üçün maşınımı satıb xərcləyəcəyəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR