Rəmiş palataya köçürülüb

Rəmiş palataya köçürülüb
# 26 fevral 2021 16:35 (UTC +04:00)

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) palataya köçürülüb.

Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O bildirib ki, R. Hüseynov hazırda palatada müalicəsini davam etdirir, səhhətində əvvəlkinə nisbətən xeyli irəliləyiş var.

Qeyd edəki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR