"Avroviziya 2019"un qalibi COVID-19-a yoluxub

"Avroviziya 2019"un qalibi COVID-19-a yoluxub

© APA | Laurens Dunkan

# 20 may 2021 15:10 (UTC +04:00)

"Avroviziya 2019" mahnı müsabiqəsinin qalibi, Niderland təmsilçisi Laurens Dunkan "Avroviziya 2021"-in finalında oxumayacaq.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, 2019-cu ildə "Arcade" mahnısı ilə qalib olan müğənni  mayın 22-də Rotterdamda keçiriləcək finalda çıxış etməyəcək.

Buna səbəb isə L. Dunkanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmasıdır.  

Bildirilib ki, infeksiyaya yoluxan L.Dunkanın yüngül simptomları var və o, özünü izolyasiya edəcək.

Qeyd edək ki, müğənni COVID-19 testinin nəticəsi mənfi olduğu üçün birinci yarımfinalda ifa etmişdi lakin mayın 19-u axşamdan etibarən onda xəstəliyin əlamətləri qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR