Fransız aktyor Klod Jiro vəfat edib

Fransız aktyor Klod Jiro vəfat edib
# 04 noyabr 2020 10:44 (UTC +04:00)

Məşhur fransız aktyor Klod Jiro vəfat edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 84 yaşlı aktyorun ölüm səbəbi açıqlanmır.

O, noyabrın 7-də, Sen-Prist-de-Şam kommunasında dəfn ediləcək.

K.Jiro 1936-cı ildə Şamales kommunasında anadan olub. İlk dəfə 1958-ci ildə “Fırıldaqçılar” filminə çəkilib.

Bundan başqa, o, Anjelika haqqında filmlərdəki markiz Filipp de Plessi-Bellye rolu və “Kralın lənəti” mini serialındakı iştirakına görə də tanınıb.

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR