"Oskar" mükafatının laureatları açıqlanıb

"Oskar" mükafatının laureatları açıqlanıb
# 26 aprel 2021 09:25 (UTC +04:00)

Los-Ancelesdə ABŞ kinoakademiyasının mükafatlarının 93-cü təqdimetmə mərasimi keçirilib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, “Oskar” mükafatının təqdimetməsi ABC telekanalı vasitəsilə yayımlanıb.

"İlin ən yaxşı filmi" nominasiyasına Xloi Çjao-nun “Köçərilərin diyarı” filmi layiq görülüb.

Film işsiz və evsiz qalan bir qadının avtofurqonla ABŞ-a səyahəti haqqındadır. Filmin baş qəhramanını canlandıran aktrisa Frensis Makdormand "Ən yaxşı qadın rolu"na görə “Oskar”a layiq görülüb. Filmin rejissoru iln ən yaxşı rejissoru seçilib.

"İlin ən yaxşı kişi rolu"na “Ata” filmindəki roluna görə Entoni Hopkins layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyası britaniyalı aktrisa və rejissor Emirald Fennelə qismət olub. O, “Ümidverici qız” filminin ssenarisinə görə bu mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR