Azərbaycanlı federasiya rəsmisi CEV-in İnzibati Şurasına seçilib

Azərbaycanlı federasiya rəsmisi CEV-in İnzibati Şurasına seçilib
# 16 oktyabr 2020 17:30 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şuranın tərkibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərinin ardından reallaşıb.

Şuraya 19 nəfər daxil edilib. Qurumun serbiyalı prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi qurumda Azərbaycan da təmsil olunub.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov İnzibati Şuraya üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR