Aprelin 16-da Bakıda Latviya səfirliyinin təntənəli açılış mərasimi keçiriləcək

Aprelin 16-da Bakıda Latviya səfirliyinin təntənəli açılış mərasimi keçiriləcək
# 05 aprel 2007 15:01 (UTC +04:00)
Aprelin 16-da Bakıda Latviya səfirliyinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə APA-ya Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixailis Popkovs məlumat verib. Onun sözlərinə görə, səfirliyin açılışı Latviyanın xarici işlər naziri Andris Pabriksin Azərbaycana səfəri çərçivəsində gerçəkləşəcək. Açılış mərasiminə Azərbaycan və Latviyanın xarici işlər nazirləri, Avropa İttifaqı və NATO ölkələrinin Azərbaycandakı səfirləri qatılacaqlar. Qeyd edək ki, hazırda Latviyanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq “Caspian Plaza” otelində yerləşir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR