Azərbaycanın İstanbuldakı baş konsulluğu Türkiyədə oxuyan azərbaycanlı tələbələr üçün yarışmalar təşkil edəcək

Azərbaycanın İstanbuldakı baş konsulluğu Türkiyədə oxuyan azərbaycanlı tələbələr üçün yarışmalar təşkil edəcək
# 18 aprel 2007 12:25 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulluğu Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Baş konsul Səyyad Salahlının APA-ya verdiyi məlumata görə, konfransda Türkiyədə təhsil alan Azərbaycan tələbələri iştirak edəcək. İştirakçılar üçün 9 mükafat təsis olunub. Humanitar, iqtisadi və xarici siyasət sahəsinin hər birində 3 qalib müəyyənləşəcək. Diplomat deyib ki, münsiflər heyəti təqdim olunmuş elmi əsərləri müzakirə edib, mükafata layiq yerləri müəyyənləşdirəcək: “Mükafatlar Heydər Əliyevin doğum günündə - mayın 10-da onun Boğaziçindəki heykəlinin qarşısında düzənlənən törəndə təqdim ediləcək”.
Baş konsulluq mayın əvvəllərində həmçinin Türkiyədə təhsil alan tələbələr arasında 10 şəhərin 16 komandasının iştirakı ilə “Heydər Əliyev Kuboku” uğrunda futbol turniri keçirəcək. 1-3 yerləri tutanlar mükafatlandırılacaq. Yarışmanın xüsusi kuboku olacaq və onun üzərinə hər il çempion olan komandanın adı yazılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR