Bu ilin sonunadək Dağıstanda Azərbaycanın daimi nümayəndəliyinin açılacağı gözlənilir

Bu ilin sonunadək Dağıstanda Azərbaycanın daimi nümayəndəliyinin açılacağı gözlənilir
# 19 aprel 2007 11:47 (UTC +04:00)
Azərbaycanın Dağıstan Respublikasında daimi nümayəndəliyinin açılması üçün Mahaçqalada yer də ayrılıb və nümayəndəliyin fəaliyyətə başlaması üçün elə bir ciddi problem yoxdur. Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyindən APA-nın Dağıstan bürosuna verilən bu məlumata görə, nümayəndəliyin açılması ilə əlaqədar yekun qərar prezident Muxu Əliyevin Azərbaycana səfəri zamanı veriləcək.
Qeyd edək ki, uzun illərdir, Azərbaycanda Dağıstanın daimi nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəliyə əslən Dərbənddən olan azərbaycanlı Məhəmməd Qurbanov rəhbərlik edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR