Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsi qarşısındakı parkda iməcilik keçirilib

Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsi qarşısındakı parkda iməcilik keçirilib
# 21 aprel 2007 11:41 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu ilə Sankt-Peterburq şəhərinin Petroqradsk rayonunun “Aptekarskiy ostrov” bələdiyyəsi Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsi önündə yerləşən istirahət parkında birgə iməcilik keçirib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.
Tədbirdə Baş Konsulluğun əməkdaşları, yerli bələdiyyə üzvləri, rayon deputatları, Sankt-Peterburq şəhərinin milli-mədəni muxtariyyatının nümayəndələri, diaspora fəalları və şəhər sakinləri iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR