Vasili istratov: “Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar Rusiyanın gələcək addımları haqqında danışmaq tezdir”

Vasili istratov: “Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar Rusiyanın gələcək addımları haqqında danışmaq tezdir”
# 30 avqust 2007 08:40 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. O, Rusiyanın Qəbələ RLS-də fəaliyyətini dayandırdığı və obyektin ABŞ-a verilməsi barədə xəbərləri təkzib edib: “Gələn ay Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar keçiriləcək görüş üçtərəfli danışıqlar deyil, amerikalı ekspertlərin səfəridir. Onları stansiyada işləyən ruslar və Moskvadan gələcək ekspertlər qarşılayacaq. Görüşə Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları da qatılacaq. Azərbaycan ekspertləri görüşdə ev sahibi qismində iştirak edəcəklər”. Səfirin sözlərinə görə, bu görüşdən əlavə ABŞ və Rusiya arasında mütəmadi ikitərəfli məsləhətləşmələr davam edir: “Oktyabrda “2+2” formatında ikitərəfli görüş keçiriləcək. Görüşdə Rusiyanın müdafiə və xarici işlər nazirləri, qarşı tərəfdən isə ABŞ-ın müdafiə naziri və ABŞ dövlət katibi iştirak edəcəklər. Görüşdə raket hücumundan müdafiə məsələləri, o cümlədən Qəbələ RLS-lə bağlı təşəbbüs müzakirə olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR