Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya öz etimadnaməsini ölkə prezidentinə təqdim edib

Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya öz etimadnaməsini ölkə prezidentinə təqdim edib
# 07 sentyabr 2007 13:05 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya öz etimadnaməsini Litva prezidenti Valdas Adamkusa təqdim edib. APA-nın xəbərinə görə, görüş zamanı V. Adamkus bildirib ki, hər iki ölkəni təkcə tarixi-mədəni əlaqələr, xalqların qarşılıqlı simpatiyaları yox, ümumi dəyərlər və dünyagörüşü, regional proseslərə ümumi yanaşma da birləşdirir: “Avropa Qonşuluq Siyasəti sayəsində ölkələrimiz siyasi və iqtisadi planda daha da yaxınlaşıb. Biz ona çalışmalıyıq ki, fəal siyasi əməkdaşlıq iqtisadi əlaqələrin inkişafı ilə müşayiət olunsun”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR