Fletçer Hüquq və Diplomatiya Məktəbinin professoru Azərbaycan XİN-də çıxış edib

Fletçer Hüquq və Diplomatiya Məktəbinin professoru Azərbaycan XİN-də çıxış edib
# 19 oktyabr 2007 14:18 (UTC +04:00)
Bu gün Fletçer Hüquq və Diplomatiya Məktəbinin professoru, ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorla birgə Nobel sülh mükafatını almış BMT-nin iqlim dəyişməsi üzrə hökumətlərarası panelinin eksperti Adil Nəcəm Azərbaycan Xarici İşlər Nazirliyində “Qlobal istiləşmədə bəşəriyyətin rolu və davamlı inkişafın gələcəyi” mövzusunda çıxış edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev qonağı iştirakçılara təqdim edib. Professor Nəcəm müasir dünyada ekoloji problemlərin rolu, ətraf mühitin qorunması və qlobal istiləşmənin qarşısının alınması yolları barədə ətraflı məlumat verdikdən sonra auditoriyanın suallarını cavablandırıb. Tədbirdə Xarici İşlər Nazirliyinin əməkdaşları, Diplomatik Akademiyanın və digər universitetlərin tələbələri iştirak ediblər.
Qeyd edək ki, Adil Nəcəm XİN-in Diplomatik Akademiyasının tələbələrinə “Beynəlxalq danışıqların aparılması” mövzusunda təlim keçmək məqsədilə Bakıya gəlib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR